Xeber Informasiya Agentliyi

Əfqan Muxtarlıya hökm oxundu

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTUvMjUvMjAvNzI4LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Əfqan Muxtarlıya hökm oxundu

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Netxeber.Az APA-ya istinadla xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

E.Ə.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...