Xeber Informasiya Agentliyi

Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

- W1siZiIsIjIwMTgvMDEvMDUvMTQvNTAvMDAvNzQvQmVGdW5reSBDb2xsYWdlLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb.

Bu barədə Netxeber.Az-a aktyor özü məlumat verib. O bildirib ki, hakim qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

“İftixar Piriyev məni qeyri-qanuni şəkildə, qondarma ittihamlarla işdən çıxarmışdı. Guya ki, 30 dəqiqə olmaqla iki dəfə işə gecikmişəm. Mənim əleyhimə saxta sənədlər düzəltmişdi. Vəkilim Adəm Orucov sənədlərin saxta olduğunu sübut etdi”.

Ə. Zeynalov bildirib ki, hələlik işə başlamayıb:

“Direktor bərpamı təmin etməli və mənə nə vaxt işə çıxacağım barədə xəbər göndərməlidir. Ya da yüksək instansiyalı məhkəməyə müraciət etməlidir. Gözləyirəm”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Ə.Zeynalovun teatrın daxili qayda-qanunlarını və nizam-intizamını pozduğunu əsas gətirərək işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...