Xeber Informasiya Agentliyi

Ərdoğan ruslara qarşı savaşan babasından danışdı

- W1siZiIsIjIwMTgvMDEvMTIvMDIvMTEvMTUvNjU5L2VyZG8uanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Ərdoğan ruslara qarşı savaşan babasından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, babasının Birinci Dünya Müharibəsi zamanı ruslara qarşı savaşarkən həyatını itirdiyini bildirib.

Netxeber.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Bizim kəndin bəzi sakinləri Sarıqamış döyüşündən qayıdandan sonra, onlar babamın əlində silahla donaraq öldüyünü dedilər” – Ərdoğan əlavə edib.

Türkiyənin hərbi qurumları da öz növbəsində, Ərdoğanın babası, Ulucami kənd sakini, Kamal Mustafa oğlunun adının 1915-ci ilin yanvarında döyüş zamanı həlak olduğu barədə arxiv məlumatlarının olduğunu bildiriblər.

Qeyd edək ki, Sarıqamış döyüşü 1914-1915-ci illərdə baş verib və türk ordusununu məğlubiyyəti ilə başa çatıb.

A.M.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...