Xeber Informasiya Agentliyi

Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü

- W1siZiIsIjIwMTgvMDEvMDkvMTkvMDkvMDYvNTAvcWV0bC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü

Abşeronda iki qətl törədilib.

Netxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb.

Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb. Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.

Bundan başqa, Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb. N. Muradov tutulub.

Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...