Xeber Informasiya Agentliyi

Abşeronda nəvə nənəni tamah məqsədi ilə öldürüb – TƏFƏRRÜAT

- W1siZiIsIjIwMTgvMDEvMTAvMTMvMjYvNTUvNTkxLzRmNDRmYzE0LWM2N2ItNGNhMi1hZTc1LTRlZTg1NGZlYTBmMy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Abşeronda nəvə nənəni tamah məqsədi ilə öldürüb – TƏFƏRRÜAT

Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirlikdən Netxeber.Az-a bildirilib ki, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu  əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

N. Muradov öldürülən qadının nəvəsidir.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...