Xeber Informasiya Agentliyi

Afrikalı futbolçu “Qarabağ”a keçmədiyi üçün meneceri ilə yollarını ayırıb – FOTO

“Qarabağ”ın transfer hədəfində olmuş Zimbabve millisinin hücumçusu Xama Biliat öz meneceri Siyabulela Loyilane ilə yollarını ayırıb.

Netxeber.Az xəbər verir ki, CAR mətbuatı buna səbəb kimi onun qış “transfer pəncərəsi” dönəmində klubunu dəyişə bilməməsini göstərir.

Belə ki, qışda onu “Qarabağ”, eləcə də, CAR-ın iki nəhəng klubu – “Kayzer Çifs” və “Orlando Pireyts” istəsə də, xanım menecer ona komandasını dəyişməkdə kömək edə bilməyib. Xama Biliat ən azı yayadək yenə CAR-ın “Mamelodi Sandaunz” klubunda çıxış etməli olacaq.

Biliatın meneceri Siyabulela Loyilane də artıq ondan ayrıldığını təsdiqləyib:

“Biliat daha mənim müştərim deyil. Bir neçə gün əvvəl münasibətlərimizə son qoymuşuq. İndi onun kiminlə işlədiyini bilmirəm. Bəli, münasibətlərimizə son qoymağımızın əsas səbəbi siz qeyd etdiyiniz kimidir. Ancaq bundan artıq nə deyəcəyimi bilmirəm”.

Siyabulela Loyilane adlı şəxsin şəkli.  -  - Afrikalı futbolçu “Qarabağ”a keçmədiyi üçün meneceri ilə yollarını ayırıb – FOTO

Xatırladaq ki, “Qarabağ” bu transferin baş tutması üçün adıçəkilən CAR klubuna iki milyon dollar təklif edib. 


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...