Xeber Informasiya Agentliyi

“Ağıllı ev” bizə dünya bazarına çıxmağa imkan yaradacaq – MÜSAHİBƏ

- W1siZiIsIjIwMTgvMDEvMTEvMTIvNDYvNTkvNjcyLzE1MTU2NTgzMTJfNV85LTIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - “Ağıllı ev” bizə dünya bazarına çıxmağa imkan yaradacaq – MÜSAHİBƏ

Netxeber.Az  “SMART HOME” şirkətinin təsisçisi və Azərbaycanda ilk yerli istehsal olan “ELSMART” “Ağıllı Ev” markasının yaradıcısı Elşad Hüseynovla müsahibəni təqdim edir:

– Elşad bəy, bildiyimiz kimi, dünyada istehlakçılar tərəfindən durmadan rəğbət qazanan ağıllı ev sistemlərini ölkəmizdə Azərbaycan məhsulu kimi istehsal etməyə başlayırsınız. Bu böyük inqilabi işə necə qərar verdiniz?

– Əvvəla, qeyd etmək istərdim ki, “SMART HOME” MMC 2012-ci ildə təsis edilərək Ağıllı Bina və Ev avtomatlaşdırılması istiqamətində fəaliyyətinə başlayıb. Şirkətimizin qarşısında duran əsas istiqamət bu sahə üzrə ən uyğun texnoloji həlləri tapıb müştərilərə təqdim etmək olub. Bu səbəbdən biz xarici ölkələrin (iNESL – Çexiya, ViDEOCOM – Türkiyə) istehsalı olan malları Azərbaycana gətirərək satışını və quraşdırılmasını həyata keçirməyə başladıq. Amma daxilimizdə bir istək daha vardı, bu, məhsulların yerli mütəxəssislərlə 100% yerli istehsalını mümkün etmək arzusu idi.

Bu sistemlərin Azərbaycanda istehsal olunub, daxili bazara təklif olunması ilə yanaşı, xarici bazara çıxarılmasının mümkünlüyünü düşünərək bu istiqamətdə uzun bir yola çıxmağın vaxtı çatdığını düşünürdük. Amma yenə də sanki nəsə çatışmırdı, kiminsə dəstəyini almadan, belə bir məsuliyyətli işin altına girib qərara gəlmək, həqiqətən də, çox çətin idi.

Sonunda isə bu qərarı almaqda bizə mənəvi güc və ilham verən əsas qüvvə cənab prezidentimiz oldu. Çünki onun əzmlə yerli istehsalın yaradılması və genişləndirilməsi üçün göstərdiyi dəstək və diqqət göz önündədir. Biz də bunları diqqətə alaraq yerli tələbatı keyfiyyətli məhsullarla təmin etməyi qarşısımıza məqsəd qoyub yola çıxdıq.

– Milli istehsal olması nə kimi özəllikləri özündə saxlayacaq?

– “ELSMART” ticarət markası adı altında istehsal olunan məhsullarımız istər yüksək keyfiyyətinə, istərsə də uyğun satış qiymətinə görə ideal balans yaradır ki, bu da öz növbəsində bizə istehlakçıların rəğbətini qazanaraq yerli və dünya bazarında müvəffəqiyyətlə rəqabət aparmağa imkan yaradır. “ELSMART” markalı cihazlar tam yerli mütəxəssislər tərəfindən proqramlaşdırılır və istehsal olunur. İstehsal etdiyimiz cihazlar şirkətimizə məxsus ELBUS və MBUS, əlavə olaraq beynəlxalq sayılan “KNX”, “ZigBee, Z-wave” kimi geniş yayılmış protokolları dəstəkləməyi hədəfləyir. Bu da, öz növbəsində, sizin istənilən layihələrinizdə özəl istəklərinizi qarşılamağa, yarımçıq qalmış proyektlərinizi tamamlamağa, təhvil verilmiş proyektlərinizə isə əlavələr edib təkmilləşdirməyə imkan verir.

– “ELSMART” məhsulları Azərbaycanda bu sahə üzrə ilk milli brend ola biləcəkmi?

– Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev bir çox çıxışlarında sahibkarlara müraciət edərək Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə satışının artırılmasına səsləyib. Təbii ki, ağıllı ev sistemlərini Azərbaycanda “ELSMART” markası altında satışa təqdim etməkdə bizim də əsas məqsədimiz məhz ölkə başçısının bu çağırışına qoşulmaqdır. İlk növbədə, yerli istehlakçıların rəğbətini qazandıqdan sonra qonşu ölkələrdə və MDB ölkələrində öz məhsullarımızın satışını təmin edəcəyik. Burada da əsas məqsədimiz milli brendimizi və ilk növbədə, Azərbaycanımızı həmin ölkələrdə ən yüksək səviyyədə təmsil etməkdir.

– Bildiyimiz qədərilə, illərdir təhlükəsizlik sistemləri, video-müşahidə və buna bağlı sistemlər üzrə şirkətə rəhbərlik etmisiniz, bu texnologiyaların əlaqəli şəkildə tətbiqini düşünürsünüzmü?

– Əmin olun ki, biz qarşımıza bundan da böyük məqsədlər qoymuş bir şirkətik. Hər hansı bir iş çox funksional bazar araşdırmaları aparıldıqdan sonra icra edilir. Planların detallarına gəldikdə isə, bu, bizim sirrimizdir. Sadəcə, onu qeyd etmək istərdim ki, şirkətimiz istənilən növ məhsul istehsal edib, proqramlaşdırıb və onun inteqrasiyasını uğurla həyata keçirmək gücünə malikdir.

– Xeyli insan, şəxsi mənzil və sahibkarlar çoxmərtəbəli binalarda bu sistemi tətbiq etmək istəyir, yəqin ki, onlar üçün xüsusi kredit şərtləriniz də olacaq.

– Açığı, məhsullarımızın əlçatan olması üçün müxtəlif marketinq və satış yollarından istifadə etmək planlaşdırılıb. Zamanla kampaniyalar, endirimlər və münasib kredit şərtləri ilə həm daxili, həm də banklar vasitəsilə məhsullarımızın satışı planlaşdırılır.

– Təbii ki, Azərbaycanda belə bir yeniliyə imza atmaq az bir zəhmət qarşılığında ola bilməz. İşin qurulması, onun peşəkar icrası üçün mütləq komanda əməyi olmalıdır. Sizin komandanızın üzvləri kimlərdir?

– Doğru vurğuladınız. Biz bu işin icrasına başlayarkən sıfırdan əziyyət çəkdik. Bəlkə də, şirkətimizin əvvəllər ən böyük üstünlüyü məhz komandamızın hər bir üzvünün öz işində peşəkar olması oldu. Elə buna görə də qısa zamanda Azərbaycanda ağıllı ev sistemlərinə maraq artmağa başladı. Çünki gördüyümüz hər bir işdə müştərilərin rəğbətini qazanmağa nail olduq.

Yeri gəlmişkən, mən proqramlaşdırma sahəsi üzrə bizim sistemimizi təmin edən və komandamızın ən zəhmətkeş üzvü Çingiz Hümbətova, elektronika üzrə bizim şirkətin bütün işlərini məsuliyyətlə həyata keçirən Talıblı Əjdər və komandamızın marketinq sahəsində əsas təmsilçisi olan peşəkar dostumuz Müşfiq İsgəndərliyə təşəkkür edirəm.

– Elşad bəy, oxucularımız üçün şirkətinizin əlaqə vasitələrini qeyd etmənizi rica edirik. 

– Şirkətimizə məxsus olan satış mağazamız Mərkəzi Universam Mağazasının 1-ci mərtəbəsində yerləşir.

Satış üçün “055 709 18 08; 055 209 18 08”, texniki servisimiz üçün isə 055 449 18 08; 055 969 18 08” nömrələri ilə əlaqə saxlamaq lazımdır. Şəhər nömrəmiz isə “012 555 16 59”dur. Bizim məhsullarımızla və işlərimizlə “www.agilliev.az” saytında da tanış olmaq mümkündür.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...