Xeber Informasiya Agentliyi

Altıncı Şahmat Memorialı başa çatdı – FOTO

Bakıda şahmat üzrə VI Fuad Cəfərov Memorialı start götürüb başa çatıb.

Netxeber.Az-ın xəbərinə görə, müxtəlif turnirlərdə 300-dən çox şahmatçı iştirak edib.

10 yaşa qədər uşaqların turnirində iranlı şahmatçılar yaxşı start götürsələr də, son turda onları Səid Zeynalov qabaqlayıb. O, mümkün yeddi xaldan altısını toplayaraq çempion adını qazanıb. İkinci yerdə Yeqaneq Barad, üçdə isə Cəlalvand Əmir Hüseyn (hər ikisi İran təmsilçisidir) qərarlaşıb.

Qızlar arasında ən güclü Suada Abbaszadə olub (Bakı).

Oğlanlar arasında səkkiz yaşa qədər kateqoriyada əsas mükafatı Keşani Kian (İran), qızlar arasında isə Xanım İsmayılova qazanıb (Bakı). Qaliblərə Fuad Cəfərovun şəxsi kitabxanasından şahmat kitabları və “Bestcom” şirkətindən hədiyyələr təqdim edilib.

- W1siZiIsIjIwMTgvMDEvMTMvMTkvMzIvMDcvMzQzLzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO

117 şahmatçının qatıldığı açıq (open) turnir böyük maraq doğurub.

Qısa məsafə – cəmi yeddi tur – qalibi müəyyənləşdirməyib və çempion əlavə göstəricilərə görə təyin olunub. Əsas kubok və mükafatın sahibi Hüseynov Şain olub (Bakı). Davidov Samir (Xaçmaz) ikinci, Orucov Şücaət (Masallı) isə üçüncü yerdə qərarlaşıb.

Qızlar arasında rapid turnirdə ən güclü Ləman Hacıyeva olub (Bakı).

Ən yaxşı gənc şahmatçı – Orucov Fərid (Sumqayıt).

Ən yaxşı veteran şahmatçı – Abdullayev Asəf (Naxçıvan).

Xaricilər arasında ən güclü – iranlı beynəlxalq qrossmeyster Əmir Məhəmməd Suzankar.

Reytinq kateqoriyalarında Əliyev Toğrul (Bakı), Hüseynli Murad (Rusiya), reytinqi olmayan şahmatçılar arasında isə jurnalist Zaur Həsənəliyev fərqlənib.

-  - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO

Əsas turnir isə “Anatoliya” mehmanxanasında keçirilib. Turnirdə dörd ölkədən 22 şahmatçı iştirak edib, onlardan yeddisi qrossmeyster, üçü beynəlxalq usta, daha yeddisi isə FİDE ustası olub. Bu dəfə iki şahmatçı – Adnan Narimifard (İran) və Yelizaveta Martınyuk (Rusiya) bütün normaları yerinə yetiriblər. 

Turnirin qalibi Araş Təhbaz (İran) olub. İkinci yeri Azər Mirzəyev (Bakı), üçüncü isə Davit Benidze (Tbilisi) qazanıb.

- W1siZiIsIjIwMTgvMDEvMTMvMTkvMzIvMDgvNTgzLzMuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO

Növbəti festival gələn il keçiriləcək.

-  - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO- W1siZiIsIjIwMTgvMDEvMTMvMTkvMzIvMDkvNDM4LzYuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO-  - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO- W1siZiIsIjIwMTgvMDEvMTMvMTkvMzIvMTAvNjEwLzguanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO-  - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO- W1siZiIsIjIwMTgvMDEvMTMvMTkvMzIvMTEvNzE3LzEwLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO-  - Altıncı Şahmat Memorialı başa çatdı – FOTO

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...