Xeber Informasiya Agentliyi

Anar Nəcəfli: Qarlı havada yay şinlərindən istifadə edirlər, bizi söyürlər

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTcvNTMvMjEvNjM2LzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Anar Nəcəfli: Qarlı havada yay şinlərindən istifadə edirlər, bizi söyürlər

Sürücülər yay şinlərindən qarlı havada istifadə edərək sürüşəndə bizim ünvanımıza təhqiramiz ifadələr işlədirlər.

Bunu Netxeber.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Anar Nəcəflinin sözlərinə görə, qış mövsümünə təkcə dövlət qurumları yox, sürücülər də hazır olmalıdır: 

“Bu günlərdə biz inkişaf etmiş ölkələrdə də qarın yağması nəticəsində problemlərin yarandığını görürük. Qarın təmizlənməsi üçün nəzərdə tutulan texnika onun üçündür ki, yolda yarım metr, ya bir metr hündürlüyündə qar yağsa, onu təmizləsin. Amma asfalt üzərində 2-3 sm qar varsa, onu həmin texnika götürə bilmir. İki sm hündürlüyündə qarı götürmək üçün texnika asfaltı zədələməlidir”.

Mətbuat xidmətinin rəhbəri qış şinləri olmayan avtomobillərlə yola çıxmamağı məsləhət görüb: 

“Havanın temperaturu 7 dərəcədən aşağı düşürsə, qış şinlərindən istifadə olmalıdır. Bizdə isə sürücülərin çoxu şinləri dəyişmirlər, yay təkərləri ilə avtomobili qarlı havada idarə edəndə maşın sürüşür”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Yanvarın 13-də axşamdan başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Elvin Əhmədov
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...