Xeber Informasiya Agentliyi

Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak edib

- W1siZiIsIjIwMTcvMTIvMTUvMTYvNDMvNTQvOTQvMTIwMHB4LUZsYWdfb2ZfSUNBTy5zdmcucG5nIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak edib

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu Konfransı keçirilib.

Konfransda ümumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə iştirak ediblər. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, görüşlər zamanı 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tayland və Seyşel Adaları Respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri razılaşdırılıb.

Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava yollarının istismarı üzrə danışıqlar aparılıb.

Danışıqlarda Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...