Xeber Informasiya Agentliyi

Bəzi sözlərin yazılışı dəyişdirilir: Əskər, əskinas…

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTEvMzcvMzIvNzI4L2RpbC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Bəzi sözlərin yazılışı dəyişdirilir: Əskər, əskinas…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsi müzakirə edilib.

Müzakirələrdə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı təklif edilib (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).

Netxeber.Az-ın xəbərinə görə, layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...