Xeber Informasiya Agentliyi

Bakıda avtobus aşdı: Xəsarət alanlar var – FOTO

Bakıda sərnişin avtobusu aşıb.

Netxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şosesində baş verib.

175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...