Xeber Informasiya Agentliyi

Bakıda “Burger King” açıldı

- W1siZiIsIjIwMTgvMDEvMDkvMTYvNTAvMjkvOTcyL2J1cmdlcl9raW5nX3pkYW5pZS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Bakıda “Burger King” açıldı

Bakıda dünyaca məşhur fast-food şəbəkəsi olan “Burger King”in restoranı açılıb.

Netxeber.Az xəbər verir ki, Azərbaycanda bu restoranının franşizu müqaviləsi çərçivəsində fəaliyyət göstərəcəyinə dair xəbərlər bir neçə il əvvəldən yayılmışdı.

Belə ki, o zaman Türkiyənin qida şirkəti “TAB GİDA” Gürcüstan və Azərbaycanda bu restoranların açılması ilə bağlı franşizu aldığını bildirirdi.

“Burger King Corporation” – ABŞ şirkətidir. Mənzil qərargahı Florida ştatında, Mayami-Deyddə yerləşir. 2013-cü ilin sonuna olan göstəricilərə əsasən, “Burger King” dünyanın 79 ölkəsində 13 min restorana sahibdir. Bunun 66%-i ABŞ-da yerləşir, 99%-i isə treyderlər tərəfindən idarə olunur.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...