Xeber Informasiya Agentliyi

Bakıda Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

- W1siZiIsIjIwMTgvMDEvMDgvMTAvNDYvNTMvMzczLzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Bakıda Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

Azərbaycanda yeni ili ölkə şahmatının inkişafına böyük töhfələr vermiş və xəstəliklə əlaqədar 2004-cü ildə vəfat etmiş unudulmaz şahmatçı, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi və Respublika şahmat mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq şahmatçılarımız arasında  bir ənənəyə çevrilib.

Artıq neçənci ildir ki, Bakıda F.Cəfərovun xatirəsinə həsr olunmuş turnirlər seriyası keçirilir. Turnirin baş təşkilatçısı – onun şagirdi və tutduğu yolu davam etdirən beynəlxalq dərəcəli hakim və beynəlxalq şahmat ustası İlqar Bacarni turnirə Azərbaycan, İran, Gürcüstan, Rusiya, Fransa və ABŞ-ı təmsil edən 300-ə yaxın iştirakçını cəlb edə bilib.

“Anatoliya” hotelində keçirilən usta dərəcəli turnirdə 22 şahmatçı, o cümlədən yeddi qrossmester, üç beynəlxalq usta, yeddi FİDE ustası yarışır. Burada əsas mübarizə təkcə kuboklar uğrunda deyil, eyni zamanda, usta norması uğrunda aparılır. Hələlik turnir cədvəlinə azərbaycanlı qrossmester Azər Mirzəyev və beynəlxalq dərəcəli iranlı şahmat ustası  Araş Tahbaz başçılıq edir.

Açıq tipli turnirdə yeddi turlu İsveçrə sistemi üzrə 117 iştirakçı mübarizə aparır. Üç turun yekun nəticələrinə görə, bütün partiyalarda qalib gələn 11  şahmatçı birinciliyi öz aralarında bölüşür.

Uşaq turnirində (10 yaşa qədər) beş partiyadan sonra heç kim 100 faizlik nəticə qazana bilməyib. Rəqiblərindən öndə olan iranlı Cəlalvənd Əmirhüseyn, Keşani Kian və Bakıdan olan Uğur Davudov  4.5 xal toplayıb.

Bundan əlavə, sürətli (Rapid) və ildırımsürətli (Blitz) turnirlərə böyük maraq müşahidə olunur. Blitz üzrə komanda turnirində 33 komanda iştirak edib. Əsas mükafatı Məhəmməd Muradlı və Əhməd Əhmədzadədən ibarət “Gənc ulduzlar” komandası qazanıb. Onlar ən yüksək 14 xaldan 12 komanda xalı toplayıb. İkinci yeri 11 xalla “Köhnə qvardiya” və “Alyoxin” komandaları öz aralarında bölüşüb. Əlavə göstəricilərə əsasən, “Köhnə Qvardiya” yaxın rəqibini üstələyib.

Rapid turnirində isə 77 iştirakçı yarışsa da, əsas üstünlük iranlı şahmatçılarda olub. FİDE ustası Araş Dağlı 6.5 bal toplayaraq əsas kuboka sahib çıxıb, Araş Təhbaz isə üçüncü yeri tutub. Altı bal toplamış Azərbaycanlı şahmatçı Xanım Balacayevə əlavə göstəricilərə əsasən, Təhbazı üstələyərək, ikinci yeri qazanıb.

Festival yanvarın 11-də başa çatacaq.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...