Xeber Informasiya Agentliyi

Bakının bəzi hissələrində su olmayacaq

- W1siZiIsIjIwMTgvMDIvMDkvMTAvNDAvMzcvOWM1YzA0ODItMTFjZC00MjI5LTllOGEtZWFhZjhlNjAwNGNmLzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Bakının bəzi hissələrində su olmayacaq

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Netxeber.Az-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar fevralın 9-da, gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin   Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə, Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda vurğulanıb.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...