Xeber Informasiya Agentliyi

Beş qadın məşhur aktyoru cinsi istismarda günahlandırır

75-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimində “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib olan 39 yaşlı aktyor Ceyms Franko beş qadın tərəfindən cinsi istismarda günahlandırılır.

Netxeber.Az xəbər verir ki, “Los Angeles Times”a Frankonun dörd tələbəsi və bir zamanlar münasibətdə olduğu Vayolet Peyli danışaraq aktyorun onlardan müxtəlif cinsi tələblər etdiklərini bildirib.

Onlar “Qızıl Qlobus”da Ceyms Frankonun qara geyimdə gəlib, cinsi istismara qarşı olmasını qeyri-səmimi hərəkət adlandırıblar.

Tələbələri isə iddia edir ki, Ceyms onları dərslər zamanı çılpaq performanslar göstərməyə məcbur edib və onların genital bölgələrinə toxunub.

Bu iddialardan sonra Stefen Kolbertin verilişində qonaq olan aktyor bütün bunların şər-böhtan olduğunu bildirirərək, həmin qadınları məhkəməyə verəcəyini açıqlayıb.

Qeyd edək ki, ötən il Hollivud cinsi istismar qalmaqalları ilə çalxalanmışdı. Məşhur prodüser Harvey Veynşteyninin Ancelina Coli, Kara Delevayn, Lena Hidey və bir çox tanınmış aktrisanın siyahıda olduğu 100 qadına qarşı cinsi istismarının ortaya çıxmasından sonra Kevin Speysi, Dastin Hofman, Ben Aflek və başqa məşhurlar haqqında da eyni iddialar ortaya atılmışdı.

Pərviz Huseyn
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...