Xeber Informasiya Agentliyi

Böyükağa Hacıyevin oğlu: Atamın durumunda irəliləyiş var

- W1siZiIsIjIwMTgvMDIvMTIvMTMvMzEvMjAvNDYxZjQ5ZTAtNzFhYS00NzQzLWI5N2MtOGQ4NDE3MzRjN2Q4L2JveXVrLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Böyükağa Hacıyevin oğlu: Atamın durumunda irəliləyiş var

“Neftçi”nin sabiq baş məşqçisi, Azərbaycan Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanada palataya köçürülüb.

Bu barədə Netxeber.Az-a onun kiçik oğlu Rüstəm Hacıyev məlumat verib.

Onun sözlərinə görə, atası hələ iki gün də bu xəstəxanada yatacaq:

“45 dəqiqə əvvəl xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla danışmışam. Deyib ki, hələ iki gün də burda qalacaq. Onun durumunda nisbətən irəliləyiş var. Artıq bizi tanıya bilir və 2-3 söz deyə bilir.

Onun evə buraxılmasından söhbət gedə bilməz. Çünki atamın ürəyindən başqa, beynində şiş də var. Mütləq bundan əməliyyat olunmalıdır. Yəqin ki, buradan çıxarıldıqdan sonra yenidən “Modern Hospital”a yerləşdiriləcək”.

Xatırladaq ki, Böyükağa Hacıyev beynindəki şişlə əlaqədar müalicə olunduğu bir vaxtda, fevralın 7-də qəflətən infarkt keçirib və dərhal Mərkəzi Klinik Xəstəxanaya aparılıb. 


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...