Xeber Informasiya Agentliyi

Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Netxeber.Az cari ildə dünyasını dəyişən əcnəbi məşhurları bir daha xatırlayır.

Dekabrın 5-də fransalı yazıçı Jan d’Ormesson 92 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDUvMDkvMzk2LzAxLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Dekabrın 4-də hindistanlı aktyor və rejissor Şaşi Kapur 79 yaşında dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Amerikalı aktyor Rens Hovard noyabrın 25-də 90 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDUvMTAvODYyLzAzLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

22 noyabrda Rusiyanın tanınmış opera müğənnisi Dmitri Xvorostovski Londonda dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Amerikalı aktyor və müğənni Devid Kessidi noyabr ayında 67 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDUvMTIvNjQxLzA1LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Noyabr ayında həmçinin məşhur “Taxt oyunları” serialının operatoru Mark Milsom 54 yaşında faciəli şəkildə dünyasını dəyişib. Hadisə “The Forgiving Earth” serialının gecə çəkilişi zamanı baş verib. O, kaskodyarların avtomobillə bağlı tryuklarının yerinə yetirilməsi zamanı həlak olub.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

“Üç muşketyor”un aktyoru, fransız aktyor Rober İrş 16 noyabrda, 92 yaşında dünyasını dəyişib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDUvMTMvODM3LzA3LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

16 noyabrda həmçinin amerikalı reper Lil Pipin 21 yaşında yüksək dozada narkotik vasitə qəbulundan öldüyü bildirilib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Argentina və italiyalı bəstəkar, pianoçu Luis Enrikes Bakalov da noyabr ayında, 85 yaşında dünyasını dəyişib. O, ürəyin işemik xəstəliyi diaqnozu ilə Romada yatdığı xəstəxanada vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDUvMTQvMTk0LzA5LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Noyabrda vəfat edən digər məşhur “Qızıl qlobus”, “Emmi” mükafatları laureatı, amerikalı aktyor Con Hillermandır. O, Hyustondakı evində 84 yaşında dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

1967-ci ildə çəkilən “Agent 007” filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran almaniyalı aktrisa Karin Dor da noyabrda vəfat edib. O, 79 yaşında Münhendəki qocalar evində dünyasını dəyişib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDYvNTYvNzc3LzAxMS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Noyabrda vəfat edən digər məşhur rusiyalı yazıçı Vladimir Makanindir. O,  81 yaşında həyatla əbədi vidalaşıb.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Oktyabr ayında amerikalı aktyor Robert Giyom 89 yaşında Los-Ancelesdə vəfat edib. O, uzun müddət prostat vəzi xərçəngindən əziyyət çəkib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDYvNTcvOTE3LzAxMy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Oktyabrın 20-də Argentinanın məşhur aktyoru Federiko Luppi 83 yaşında dünyasını dəyişib. Aktyorun ölümünə subdural hematomanın (beynin sərt qişası ilə hörümçək toruna bənzər qişası arasında qanın toplanması) ağırlaşması səbəb olub.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Oktyabrda həmçinin fransız aktrisa Daniel Darye dünyasını dəyişib. O, 100 yaşında, Fransanın cənubunda yerləşən evində vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDYvNTgvNjc1LzAxNS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

5 oktyabrda fransalı aktrisa və yazıçı Ann Vyazemski 70 yaşında vəfat edib. Onun onkoloji xəstəlikdən öldüyü bildirilib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

ABŞ-da tanınmış rok ifaçısı Tom Petti oktyabrda, 66 yaşında dünyasını dəyişib. T.Petti Malibuda öz evində huşsuz halda tapılıb. Xəstəxanaya çatdırılan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ürəyinin dayandığı bildirilib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDcvMDAvOTM2LzAxNy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Sentyabr ayı isə məşhur “Playboy” jurnalının təsisçisi Hyu Hafnerin vəfatı ilə yadda qalıb. O, 91 yaşında öz evində dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Sentyabrda soul janrının məşhur ifaçılarından Çarlz Bredli 69 yaşında Nyu-Yorkda vəfat edib. Müğənni mədə xərçəngindən əziyyət çəkirdi.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDcvMDEvNjg1LzAxOS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Rusiyanın tanınmış opera müğənnisi Zurab Sotkilavada sentyabrda dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Sentyabrda həmçinin 90 yaşlı rejissor Myurrey Lerner Nyu-Yorkda, evində dünyasını dəyişib. Onun ölümünə böyrək çatışmazlığı səbəb olub.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMDUvNDgvMDIxLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Avqustda “TRT”-nin unudulmaz xəbər aparıcısı Mesut Mertcan yaşadığı Adana Qocalar Evində 71 yaşında dünyasını dəyişib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən aparıcı əlil arabasına məhkum olmuşdu.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Amerikalı aktyor Cey Tomas avqust ayında 69 yaşında vəfat edib. Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMDcvOTQxLzAyMy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Məşhur amerikalı komediya aktyoru Cerri Lyuis də avqustda vəfat edib.O, Las-Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Avqust ayında daha bir məşhur amerikalı aktyor, ictimai xadim, yazıçı və komediya ustası Dik Qreqori 85 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMDgvMTg4LzAyNS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

16 avqustda keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktrisası Vera Qlaqoleva 61 yaşında, ABŞ-da dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

“Yeşilçam”ın məşhur aktyoru Kuzey Vargın da avqust ayında 74 yaşında dünyasını dəyişib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMDkvNjUxLzAyNy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

ABŞ-lı aktrisa və müğənni Barbara Kuk 89 yaşında vəfat edib. Onun ölümünə səbəb tənəffüs dayanması olub.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Uzun müddət Altsheymer xəstəliyindən əziyyət çəkən amerikalı musiqiçi və aktyor Qlen Kempbell 81 yaşında dünyasını dəyişib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMTAvNjk3LzAyOS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

“Harry Potter”də rol alan məşhur aktyor Robert Hardi Londondakı təqaüdçü aktyorların yaşadığı evdə, 91 yaşında vəfat edib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

İyul ayı da əcnəbi məşhurların itkisi ilə yadda qalıb. Həmin ayda Fransanın kino və teatr aktyoru Klod Riş 88 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMTEvMTQ5LzAzMS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Türkiyəli müğənni Harun Kolçak 62 yaşında dünyadan köçüb. H.Kolçak təxminən 3 il prostat xərçəngi ilə mübarizə aparıb.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

“Miss Qırğızıstan – 2013”-ün qalibi Cibek Nukeyeva iyulda dünyasını dəyişib. C.Nukeyeva İtaliya, Türkiyə və İsrailin ən yaxşı xəstəxanalarında müalicə alması, həyatının son anına qədər xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMDkvMTIvMjgvMDMzLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Amerikalı rejissor, “Canlı ölülərin gecəsi” filminin müəllifi Corc Romeo da bu ilin yayında vəfat edib. Rejissor uzun zaman idi ki, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

İyulda həmçinin türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan ağciyər xərçəngindən müalicə aldığı İstanbul Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında 83 yaşında vəfat edib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMTEvNTMvOTgyLzAzNS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

“İvanuşki- International” qrupunun keçmiş solisti Oleq Yakovlev bu ilin iyununda dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

SSRİ-nin Xalq artisti Aleksey Batalov da həmin ay 89 yaşında vəfat edib. Batalov bud sümüyünü sındırdıqdan sonra müalicə aldığı Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMTEvNTUvNzAwLzAzNy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

May ayında “Kurtlar Vadisi Pusu”nun aktyoru Payidar Tüfekçioğlu dünyasını dəyişib. Qaraciyər nəqli üçün donor gözləyən aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Aprel ayında isə “Yeşilçam”ın aktyoru Bülent Kayabaş 72 yaşında dünyasını dəyişib. Aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.

- W1siZiIsIjIwMTcvMTIvMDUvMTcvMTEvNTYvMjIzLzAzOS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

Bu ilin fevralında isə məşhur türkiyəli prodüser və rejissor Ayşe Ersay müğənni Ajda Pekkanın evində infarkt keçirərək dünyasını dəyişib.

-  - Bu il dünyasını dəyişən əcnəbi məşhurlar – FOTO

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...