Xeber Informasiya Agentliyi

Deputat: Muğamın qorunması ilə bağlı qanun müzakirəyə çıxarılmalıdır

- W1siZiIsIjIwMTgvMDEvMDkvMTYvMzYvMTcvNjI3L211Z2FtLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Deputat: Muğamın qorunması ilə bağlı qanun müzakirəyə çıxarılmalıdır

“Muğam sənətinin qorunması və inkişafı haqqında” qanun layihəsinin hərəkətə gətirilməsi istiqamətində artıq addımlar atmalıyıq.

Netxeber.Az xəbər verir ki, bu barədə akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Komitə sədrinin sözlərinə görə, bu sənədin parlament müzakirələrinə çıxarılması vacibdir və buna çox ciddi ehtiyac duyulur:

“Hesab edirəm ki, bu qanun layihəsinin hərəkətə gətirilməsi, müzakirələrə çıxarılması lazımdır. Bu sənəd müzakirələrə tam hazır vəziyyətdədir”, – deyə komitə sədri sözlərinə əlavə edib.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...