Xeber Informasiya Agentliyi

Dünyada ən ucuz pivəni haradan tapmaq olar?

Londonda  pivənin bir pintasının (təxminən 0.56 litr) qiyməti dünya üzrə orta qiymətdən iki dəfə bahadır və təxminən 4.76 funt sterlinq təşkil edir (6.5 dollar).

-  - Dünyada ən ucuz pivəni haradan tapmaq olar?

Ancaq hər şey nisbidir və londonluların bəxti onda gətirib ki, Dubay və ya Dohada yaşamırlar. Belə ki, BƏƏ-nin adıçəkilən şəhərlərində spirtli içkilərin satışı məhdudlaşdırıldığından pivənin bir pintası 8.58 funta (11.62 dollara) başa gəlir.

-  - Dünyada ən ucuz pivəni haradan tapmaq olar?

Bu arada, Venesuelanın paytaxtı Karakasda pivənin bir pintası cəmi 0.70 dollaradır.

-  - Dünyada ən ucuz pivəni haradan tapmaq olar?

Nə qədər qəribə olsa da, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da pivə kifayət qədər ucuzdur – bir pintası cəmi bir dollara satılır. Ancaq bu şəhərdə pivəni tapmaq üçün dəridən-qabıqdan çıxmaq lazımdır. Belə ki, ölkənin spirtli içkilərdən istifadəyə qarşı sərt qanunları var, hətta buna görə həbs cəzası da verilir.

Qadağaya riayət olunmasına vətəndaşların şəxsi həyatına müdaxilə etmək səlahiyyətinə də sahib olan dini əxlaq polisi nəzarət edir. Bir sözlə, Səudiyyə Ərəbistanında spirtli içkilərin qəbulu yalnız ekstrim həvəskarları üçün bir əyləncədir.

“Finder”in apardığı araşdırmaya görə, qlobal miqyasda pivənin bir pintasının orta qiyməti 3.5 dollar təşkil edir.

Bəzi Avropa ölkələrində pivə qiymətləri BƏƏ və ya Qətərdə olan qiymətlərdən elə çox fərqlənmir. Misal üçün, İslandiyanın paytaxtı Reykyavikdə də  bir pinta pivə almaq istəyən kəs azı 10.83 dollarından keçməli olacaq. Fərq böyük olmasa da, Norveçin paytaxtı Osloda da pivə kifayət qədər bahadır – 9.70 dollar.

Nyu-York kimi bahalı şəhərdə pivənin bir pintasının orta qiyməti 7.53 dollardır. Parisdə 6.92 dollar, Moskvada isə 3.25 dollar təşkil edir.

Bakı pivə qiymətlərinin kifayət qədər münasib olduğu şəhərlər sırasındadır – yerli pivənin bir pintası orta hesabla 1.3 dollara başa gəlir.

Bunu eşitdikdə qanınız qaralacaq: Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistanda pivə daha ucuzdur: pintası müvafiq olaraq 1.22 dollar, 1.14 dollar, 1.12 dollar və 0.80 dollar.

Ümumilikdə Özbəkistan pivə qiymətlərinə görə dünya ölkələri siyahısında Venesueladan sonra sondan ikinci yerdədir.

Ermənistanda isə qiymət o qədər də ucuz deyil – yerli pivənin pintası 1.69 dollara başa gəlir.

 A.İ.

“Daily Mail” materialları əsasında 

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...