Xeber Informasiya Agentliyi

Efirdə dava düşdü, Oksana verilişi tərk etdi – VİDEO

-  - Efirdə dava düşdü, Oksana verilişi tərk etdi – VİDEO

ARB TV-nin “Sayqa ilə bu axşam” proqramında dava düşüb.

Oxu.az-ın məlumatına görə, Əli Mirəliyevin bəzi müğənnilərə “müğənnicik” deməsini Oksana narazılıqla qarşılayıb.

Məsələyə müdaxilə edən Zöhrə Abdullayeva isə rəqqasəyə bildirib ki, illərin sənətkarına irad tutmaq olmaz:

“Müğənnicik” dedi, əcəb elədi. Biz illərin sənərkarına irad tuta bilərdik?”

Ona irad tutan Oksana studiyanı tərk edib:

“Kim irad tutur ki? Mən sizə burada yer vermədim deyə belə edirsiniz? Mən “müğənniciklər” sözünə irad tuturam. Mən kiminsə xoşuna gəlsin deyə danışmıram. Dekabr ayında 35 yaşım tamam oldu. Bilməyənlər bilsin ki, mən 25 yaşında qız deyiləm. Mən hər zaman böyüklərin hörmətini saxlamışam. Bu, mənim şəxsi fikrimdir. Hörmətlə qəbul edəcəksiniz və mən buradan gedirəm”.

Z.Abdullayeva aparıcıya “Onu niyə yaşlı nəsillə bura çağırmısan ki?”,– deyə irad tutub.
Mirəliyev isə Oksananı qeyri-peşəkar adlandırıb.


www.netxeber.az

 

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...