Xeber Informasiya Agentliyi

Ermənistan MN-ə məxsus hərbi maşın qəzaya düşdü: Yaralılar var – FOTO

Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.

Netxeber.Az-ın erməni KİV-ə istinadən xəbərinə görə, hadisə saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda qeydə alınıb. 

Qəza nəticəsində üç nəfər xəsarət alıb, onlar Ararat rayon xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, qəzaya səbəb  “Opel”  markalı avtomobilin sürücüsü olub.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...