Xeber Informasiya Agentliyi

Ermənistanda danışılmış oyunlarla bağlı cinayət işi açıldı

- W1siZiIsIjIwMTgvMDEvMTEvMTQvMjAvMjgvNDAvZXJtZW5pc3Rhbi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Ermənistanda danışılmış oyunlarla bağlı cinayət işi açıldı

Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan danışılmış oyun faktı ilə əlaqədar ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib.

Netxeber.Az xəbər verir ki, artıq futbol oyunlarının nəticəsinin manipulyasiyası ilə bağlı cinayət işi açılıb.

İstintaq Komitəsinin (İK) məsləhətçisi Sona Truzyan məsələ ilə bağlı bildirib ki, MTX işi İK-ya verib:

“Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan UEFA-dan hesabat alandan dərhal sonra MTX-yə müraciət edib”.

Qeyd edək ki, UEFA ötən il oktyabrın 20-də Ermənistan çempionatının I Divizionunda XII tur çərçivəsində baş tutmuş “Lori” – “Erebuni” görüşünün (5:0) danışılmış olması ilə bağlı hesabat hazırlayıb. Müvafiq sənədlər araşdırılması üçün EFF-yə göndərilib.

S.T.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...