Xeber Informasiya Agentliyi

Fələstin İsraillə danışıqlara hazır olduğunu bəyan edib

- W1siZiIsIjIwMTgvMDIvMTMvMjIvNDYvMzYvNGQ5ODEyMTMtYzExZi00NTZkLWE1ZmEtZjliNDVjOGFiNzUxL3BhbGVzdGluYS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Fələstin İsraillə danışıqlara hazır olduğunu bəyan edib

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. 

Netxeber.Az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, – deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. 

Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...