Xeber Informasiya Agentliyi

Fazil Mustafaya XOK-da vəzifə verildi

Dünən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin (XOK) İcraiyyə Komitəsinin (İK) illik hesabat yığıncağı keçirilib.

Netxeber.Az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu komitənin vitse-prezidenti seçilib. Bununla bağlı XOK-un prezidenti Şahin Əliyev saytımıza açıqlama verib:

“Bugünkü iclasımızda Fazil Mustafa vitse-prezident seçildi. O, əvvəl bizim İK-da sıravi üzv idi. İndi isə həm də vitse-prezident olacaq. Bundan sonra iki vitse-prezidentimiz olacaq. Fazil bəy Milli Məclis, dövlətlə, sosial layihələrlə bağlı məsələlərdə bizə kömək edəcək. Digər vitse-prezidentimiz Rövşən Məmmədov isə beynəlxalq əlaqələr üzrə bizə yardım etməkdə davam edəcək”.

O bildirib ki, bundan sonra “İnter” klubunun (indiki “Keşlə” – S.T.) sabiq prezidenti Rəşad Qasımov da XOK-da təmsil olunacaq:

“Bizdə Nəzarət-Təftiş Komissiyasının sədri mərhum Bakı şəhər Maliyyə İdarəsinin əməkdaşı İmadəd Əhmədov idi. O, iki il əvvəl dünyasını dəyişdiyindən bu post boş qalmışdı. Rəşad bəy isə “İnter”dən ayrıldıqdan sonra Respublika Bankın Maliyyə Departamentinin rəhbəri idi. Onu tanıdığımızdan bu posta təyin etdik”.

- 26794283 10215606663183738 1014850176 n - Fazil Mustafaya XOK-da vəzifə verildi

Qeyd edək ki, XOK-un İcraiyyə Komitəsində AzTV-nin əməkdaşı Fikrət Adıgözəlli də təmsil olunur.

Səbuhi TOFİQOĞLU
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...