Xeber Informasiya Agentliyi

Futbol klublarımız dünya reytinqində irəlilədi

- W1siZiIsIjIwMTgvMDIvMTAvMTMvMTkvMTUvMzY0NWM5NzAtOTBlNi00ZTE2LWJlM2EtMDg5NmQ4M2JiNmQ3LzI1NTQyNDU5XzIwNzgyNjcyMjU3Mjk3MDZfNzMxNDIzMzcwMzA5MDI4NjExMF9vLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Futbol klublarımız dünya reytinqində irəlilədi

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. 

Netxeber.Az xəbər verir ki, siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadır. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 542-ci komandasıdır. “Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı pillədədir. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudur. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17892 xalla 1-ci, “Barselona” 15431 xalla 2-ci, “Atletiko” 13432 xalla 3-cüdür.

S.T.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...