Xeber Informasiya Agentliyi

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri vəfat edib

- W1siZiIsIjIwMTgvMDEvMTAvMTQvMDQvMTgvNDYxLzIxMzIxODY5NS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Gürcüstanın Azərbaycandakı keçmiş səfiri vəfat edib

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri, Gürcüstan neft korporasiyasının rəhbəri Qeorqi Çanturiya uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Netxeber.Az xəbər verir ki, bu barədə  Gürcüstanın Birinci kanalı mərhumun qohumlarına istinadən məlumat yayıb.

Qeorqi Çanturiya 1957-ci ildə anadan olub. 1989-cu ilə kimi  dövlət strukturlarında rəhbər vəzifələr tutub, paralel olaraq ölkənin ali təhsil ocaqlarında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə  diplomatik fəaliyyətdə olub. 1993-cü ildə Gürcüstan dövlət başçısının beynəlxalq məsələlər üzrə müşaviri işləyib. 

1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı birinci fövqəladə və səlahiyyətli səfiri olub. 1996-cı ildən Gürcüstan neft korporasiyasına rəhbərlik edib.

Qeyd edək ki, Q.Çanturiya son illərini Azərbaycanda keçirib.

 www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...