Xeber Informasiya Agentliyi

İbrahim Tatlısəs keçmiş həyat yoldaşına evlənmə təklif etdi

- W1siZiIsIjIwMTgvMDEvMTIvMDkvMzQvMzEvOTMxLzIwMTgtaW4taWxrLW1hZ2F6aW4tYm9tYmFzaS01LWtlei1ldmxlbmVuLTEwNDQ0ODc4XzkwMjNfbS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - İbrahim Tatlısəs keçmiş həyat yoldaşına evlənmə təklif etdi

Seda Sayanın proqramına danışan türkiyəli müğənni İbrahim Tatlısəs 2013-cü ildə boşandığı həyat yoldaşı Ayşəgül Yıldıza yenidən evlənmə təklif edib.

Netxeber.Az xəbər verir ki, İzmirə köçüb, orada yaşayan sənətçi İstanbuldakı insanlara küsdüyünü bildirib:

“Artıq izmirliyəm. İzmirlə bir-birimizi sevdik. Trilyon versələr, İstanbula gəlmərəm. Məni orada güllələdilər, amma onlara qarğış etmədim. Deməli, allah məni belə cəzalandırdı. Üsyan da etmirəm. Allahdan ümidimi kəsməmişəm. Mahnı oxumağı çox istəyirəm, səsim paslanıb. Allaha dua edirəm ki, mahnı oxuya bilim”.

Daha əvvəl beş dəfə evlənib-boşanan İbo açıqlamalarına belə davam edib:

“Həyat yoldaşlarımın hamısı çox yaxşı ana olublar. Gözəl övladlar yetişdiriblər və buna davam edirlər. Yenidən evlənməyi düşünürəm. Elifin anası Ayşəgülə evlənmə təklifim olacaq. Ona aşiq deyiləm, amma evlənmək istəyirəm. Özünə bu təklifi etməmişəm, indi televiziya vasitəsilə deyirəm”.

Qeyd edək ki, Tatlısəs Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onların qızı Elif isə 2012-ci ildə dünyaya gəlib. Cütlük 2013-cü ildə razılaşma əsasında boşanıblar.

Pərviz Huseyn
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...