Xeber Informasiya Agentliyi

İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb

- W1siZiIsIjIwMTgvMDEvMDkvMjIvNTUvMTIvNjgxL3R1cmtpeWUgeGluLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb

Rusiyanın və İranın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Netxeber.Az Türkiyənin Daily Sabah qəzetinə istinadən xəbər verir ki, buna səbəb, Suriyanın hökumət qüvvələrinin İdlibdəki deeskalasiya zonasında atəşkəs rejimini pozması ilə əlaqədardır.

Ankara diplomatlardan təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

Rusiya və İranın Ankaradakı Səfirlikləri məlumatı şərh etməyib.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...