Xeber Informasiya Agentliyi

İran və Şimali Koreya idmançılarına da smartfonlar veriləcək

- W1siZiIsIjIwMTgvMDIvMTAvMTEvMDMvMjYvMzQxMzUwN2YtZGI4Yi00MTYzLWIwY2MtNzg3NmVkODQzZTMyL0NsaXBib2FyZDAxLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - İran və Şimali Koreya idmançılarına da smartfonlar veriləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) İran və Şimali Koreya idmançıları ilə bağlı qərarını dəyişib.

Netxeber.Az xəbər verir ki, BOK bu ölkələrin idmançılarına da pulsuz “Samsung”un “Galaxy Note 8” smartfonlarını verəcək.

Lakin İrandan fərqli olaraq, Şimali Koreya idmançıları vətənlərinə qayıtdıqda Cənubi Koreya istehsalı olan telefonları geri qaytarmalı olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl məlumat verilmişdi ki, BMT-nin İrana və Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara görə, bu ölkələrin idmançılarına smartfonlar verilməyəcək. Bundan sonra Cənubi Koreyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmış və ona bu addımın olimpiya hərəkatına zidd olduğu barədə bildirilmişdi.

Səfirə bildirilib ki, belə qərar İranla “Samsung” arasındakı kommersiya münasibətlərinə zərər yetirə bilər. İranda təxminən 17.8 milyon (51%) insan bu şirkətə məxsus telefonlardan istifadə edir.

S.T.
www.netxeber.az

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...