Xeber Informasiya Agentliyi

İtaliyada robot kuryer sınaqdan keçirilib – FOTO

İtaliyanın “e-nova” şirkəti tərəfindən hazırlanmış iki təkərli “YAPE” dron-kuryerinin ilk sınaqları keçirilib. Qurğunun 2018-ci ilin yanvar ayında “CES” sərgisində təqdim olunması planlaşdırılır.

Netxeber.Az  popmech.ru saytına istinadla xəbər verir ki, “YAPE” şəhərin küçələrində avtonom hərəkət etmək üçün GPS, videokameralar və məsafəölçən lazerlərdən istifadə edir. Kuryer, həmçinin müxtəlif parametrləri, xüsusilə işıqforların işini və nəqliyyat axınını izləmək üçün naqilsiz üsulla bütün şəhər üzrə yerləşdirilmiş tənzimləyicilərə qoşulur.

İstifadəçilər dronu mobil proqramın köməyi ilə çağıra biləcəklər. Qurğu sifarişçinin olduğu yerə çatdıqda sifarişçi xüsusi qapaqlı bölməyə 70 kiloqrama qədər yük yerləşdirə və proqramda lazımi təyinat nöqtəsini daxil edə bilər. “YAPE” bir yükləmədə 80 kilometrə qədər məsafə qət etməyə imkan verən elektromotorlar və batareya bloku ilə təchiz edilib. Qurğu saatda 6-20 km sürətlə əsasən səkilər və velosiped yolları üzrə hərəkət edir.

Dron təyinat nöqtəsinə çatdıqda onu qəbul edən şəxs yük bölməsini aça biləcək. Bunun üçün həmin şəxs “YAPE” sistemində öncədən qeydiyyatdan keçməli və sifətin tanınması funksiyasından istifadə etməlidir.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...