Xeber Informasiya Agentliyi

Keçmiş həyat yoldaşından Tatlısəsin evlilik təklifinə – CAVAB

- W1siZiIsIjIwMTgvMDEvMTMvMTIvMDAvNTgvMTIzL2licmFoaW0uanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Keçmiş həyat yoldaşından Tatlısəsin evlilik təklifinə – CAVAB

Türkiyəli ifaçı İbrahim Tatlısəs “Show” TV-də yayımlanan “Seda Sayanla” proqramında keçmiş arvadı Ayşegül Yıldızla yenidən  ailə qurmaq istədiyini bildirib.

Netxeber.Az xəbər verir ki, A.Yıldız Tatlısəsin evlilik təklifinə razılıq verməyib.

O, bu barədə yaxın ətrafına fikirlərini belə izah edib:

“İbrahim bəy övladımın atasıdır. Aramızdakı sevgi, hörmət həmişə olacaq, evlilik söhbətlərinə gəldikdə isə, bu mövzuda müsbət düşüncələrə sahib deyiləm”.

Qeyd edək ki, İ. Tatlısəs A. Yıldızla 2011-ci ildə ailə qurub. Cütlüyün 2012-ci ildə Elif Ada adlı qızları dünyaya gəlib. Onlar 2013-cü ildə qarşılıqlı razılıq əsasında boşanıblar.

Pərviz Hüseyn
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...