Xeber Informasiya Agentliyi

Lənkəranda qadını ölümcül döydülər

- W1siZiIsIjIwMTgvMDEvMTMvMjIvNDQvNTEvOTE1L3Zpb2xlbnphLWRvbm5lLTc5Nng1MzAuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Lənkəranda qadını ölümcül döydülər

Lənkəran rayonunda qadın və onun qızı döyülüb. 

Netxeber.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. 

1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...