Xeber Informasiya Agentliyi

"Lenovo", "Nutanix" və "Veeam" "Data-mərkəzlərdə "görünməz" infrastrukturun qurulması" adlı konfrans keçirdi

15 Dekabr 2017-ci ildə Four Seasons Baku hotelində keçirilən konfrans, biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan “Lenovo” şirkəti, korporativ bulud hesablamalarının həlləri sahəsində lider olan “Nutanix” şirkəti və rezerv kopyalama ilə virtual mühitin monitorinqi üzərində ixtisaslaşmış “Veeam” şirkəti tərəfindən təşkil edilib. Tədbir “Lenovo”, “Nutanix” və “Veeam”ın təklif etdikləri məhsulları əsasında müasir data-mərkəzlərində “görünməz” infrastrukturun qurulmasına həsr edilib.

Konfransda səslənən məruzələr “Lenovo”, “Nutanix” və “Veeam”ın birgə qurduğu bu həllin komponentlərinin təqdimatına həsr olunub. Həmçinin, Azərbaycanda həyata keçirilən real layihələr də nümayiş etdirilib.

“Nutanix” şirkətinin Rusiya, MDB ölkələri və Şərqi Avropa üzrə regional direktoru Piter Meycer (Peter Major) qonaqları salamlayarkən qeyd edib ki, ən qabaqcıl texnologiyalar həyat tərzimizi asanlaşdırır, lakin biz onları nadir hallarda görə bilirik. “Onlar gözəgörünməz olublar. Məhz belə görünməz şəkildə çalışan İT infrastrukturunu ən yaxşısı adlandırmaq olar. “Lenovo”, “Nutanix” və “Veeam” tamamilə “görünməz” bir infrastrukturda biznes üçün istənilən əlavələri tətbiq etmək imkanı yaradır. Həmin infrastrukturu sayılan saatlarda genişləndirmək və bir toxunuşla idarə etmək mümkündür”.

Daha sonra tədbir iştirakçıları qarşısında “Nutanix”in nümayəndəsi Roman Xmelevskiy məruzə ilə çıxış edib. O, İT sahəsində “görünməz” infrastrukturun nüansları haqda danışıb. “Lenovo Datacenter Group” Departamentinin Azərbaycandakı əsas sifarişçilərlə iş üzrə rəhbəri Rasim Baxşı qonaqları “Lenovo ThinkAgile” aparat platforması ilə tanış etdi. “Veeam” şirkətini təmsil edən Pavel Kosarev isə məlumatların davamlı qorunması üzrə ən son məhsullarını təqdim edib.

Vendorun təmsilçilərindən başqa, “Lenovo” və “Nutanix”in məhsulları bazasında “fərdi buludun” yaradılması mövzusunda “Delta Telecom” şirkətinin nümayəndəsi Rüfət Talıbov da məruzə ilə çıxış edib. “Lenovo” ilə “Nutanix”in birgə təklif etdiyi həlli korporativ sifarişçilərimiz üçün məlumatların emalı və saxlanılması üzrə müasir infrastrukturun yaradılması prosesini sadələşdirən bir sistemin yaradılmasına imkan yaradıb. Biz onu keyfiyyət baxımından yeni məhsuldarlıq və effektivlik səviyyəsinə çıxara bildik, eyni zamanda, yatırımlara çəkilən xərcin çıxarılması dövrünü xeyli sürətləndirə bildik.” – deyə “Delta Telecom” nümayəndəsi bildirib.

Birgə keçirilən konfrans çərçivəsində “Bona Dea Azerbaijan” Beynəlxalq hospitalı timsalında uğur hekayəsi haqqında da danışılıb. Yeni xəstəxanada “Lenovo” və “Nutanix” məhsulları bazası əsasında ən müasir data-mərkəzi qurulub. “Fərdi buludun” qurulması üzrə unikallığı ilə seçilən bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləşdirir. Həmin əlavələr “Lenovo HX” platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçıları tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və “Nutanix”in AHV hipervizoru ilə dəstəklənir. İşəsalınma prosesi iki həftədən də az vaxt aparıb və hal-hazırda sistemi cəmi iki mühəndis idarə edir”, – deyə “Bona Dea Azerbaijan” nümayəndəsi Ramiz Şirinov vurğulayıb.

Qeyd edək ki, “Lenovo” və “Nutanix” tərəfdaşlığının Azərbaycandakı nailiyyətləri ötən ay Nis şəhərində keçirilən “Nutanix.NEXT” Avropa konfransında yüksək qiymətləndilib. Azərbaycandan olan nümayəndə heyəti “Nutanix” şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair) görüş keçiriblər. Görüş zamanı “Nutanix” rəhbərliyi növbəti dəfə qeyd edib ki, yerlərdə olan belə bir əməkdaşlıq dünya səviyyəli yeni qlobal həllərin yaradılması üçün stimul verir.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...