Xeber Informasiya Agentliyi

Maaşdan şikayət etdi və həbs olundu – VİDEO

- W1siZiIsIjIwMTgvMDEvMTAvMTAvMzgvNDIvNjg1LzMuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Maaşdan şikayət etdi və həbs olundu – VİDEO

ABŞ-ın Luiziana ştatında aldığı maaşla əlaqədar məktəb şurasına şikayət edən ingilis dili müəllimi iclasın keçirildiyi binadan əlləri qandallanmış şəkildə kənarlaşdırılıb.

Netxeber.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, Deyşa Harqreyv məktəb şurasının iclasında qurum üzvlərinə müraciət edən zaman intizam normalarını pozub, qəzəbli şəkildə suallar yağdırıb, ittihamlar səsləndirib.

İclas zalında asayişa nəzarət edən polis zabiti ona xəbərdarlıq etsə də, müəllim sakitləşmək bilməyib. Sonradan polis qadının dəhlizə çıxmasını əmr edib. Qadın zalı tərk etdikdən sonra polis onu yerə yıxaraq, əllərinə qandal keçirib.

Hadisənin görüntüsünü KATC-TV öz “YouTube” kanalında dərc edib.

Polis zabitinin qadının qolllarını özbaşına qandalladığı və ya bu barədə rəhbərlikdən göstəriş aldığı dəqiq məlum deyil. Məlumata görə, şura üzvləri Harqreyvdən hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətində deyil.

Buna baxmayaraq, maaşından narazı olan müəllim polis əməkdaşına müqavimətə görə müvəqqəti təcridxanaya yerləşdirilib.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...