Xeber Informasiya Agentliyi

Millimizin baş məşqçi postunda dəyişiklik

- W1siZiIsIjIwMTgvMDIvMTIvMTIvNDEvNDMvY2YwOTRhZTQtNWIxNS00ZGQwLTgxZjYtNGU3MzFmM2E0ZWJhL3pleW5hbC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Millimizin baş məşqçi postunda dəyişiklik

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib. 

Netxeber.Az xəbər verir ki, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. 

Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.

Qeyd edək ki, Zeynal Zeynalov əvvəllər futbol, futzal, eləcə də, çimərlik millimizin üzvü olub. O, 2016-cı ilin mayından 2017-ci ilin yanvarınadək çimərlik millimizdə baş məşqçi işləyib.

Daha sonra Zeynal Zeynalov şəxsi işlərini əsas gətirərək yığmadan ayrılıb. Ötən ilin martında isə İlham Əzizzadə bu posta təyin edilmişdi. 

S.T.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...