Xeber Informasiya Agentliyi

Moskvada azərbaycanlının qatili saxlanıldı

- W1siZiIsIjIwMTgvMDIvMTMvMTIvMDQvMzkvNzE1MmJhNmQtZjZkNi00N2ZiLWEyYjQtNWQ5YmJiOWUyYTRkL21vc2t2YS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Moskvada azərbaycanlının qatili saxlanıldı

Moskvada “Slavyan bulvarı” metrosu yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Netxeber.Az xəbər verir ki, Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından olan mənbənin MK-ya verdiyi məlumata görə, ötən gün əvvəllər məhkumluğu olan 36 yaşlı Kabardin-Balkardan olan şübhəli şəxs Moskva Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin yanvarın 29-da metrostansiya yaxınlığında mübahisə etdiyi 32 yaşlı azərbaycanlını şahidlərin gözləri qarşısında güllələdiyi bildirilir.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...