Xeber Informasiya Agentliyi

NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh etdi

- W1siZiIsIjIwMTgvMDEvMDgvMTcvMjkvNDgvNjc2LzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh etdi

NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir. Bu, bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib.

Netxeber.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında NATO hərbi rəsmisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda gözlənilən görüşlə bağlı sualı şərh edərkən deyib.

O bildirib ki, bu kontekstdə general Kertis Skaparroti və general Valeri Gerasimov arasında ötən il sentyabrın 14-də telefon danışığı olub:

“Onlar təlimlərdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu danışıq NATO-nun şəffaflıq siyasəti və Rusiya rəhbərliyi ilə siyasi səviyyədə aparılan daimi dialoqa uyğun olaraq, hərbi əlaqələri inkişaf etdirməyə qarşılıqlı marağı nümayiş etdirdi. Prosesin gedişində baş verəcək istənilən irəliləyiş barədə məlumat açıqlanacaq”.

Qeyd edək ki, “BuzzFeed” portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb.

Xatırladaq ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşüb.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...