Xeber Informasiya Agentliyi

Öküzlər şirlərlə savaşa çıxdı – VİDEO

- W1siZiIsIjIwMTgvMDEvMTAvMTcvMjkvMDEvNTMzL3Npci5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Öküzlər şirlərlə savaşa çıxdı – VİDEO

Botsvananın Çobe milli parkında keçirilən safari iştirakçıları şirlərin hücum etdiyi öküzün xilasedilmə görüntüsünü lentə ala bilib.

Netxeber.Az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Qaçan öküz çaya çatsa da, arxadan üzərinə iki şir atılıb. Suya daxil olduqdan sonra  onlardan biri şikarından geri qalıb və hadisələrin inkişafını sahildən izləyən yoldaşlarına qoşulmalı olub.  Şikar çayla üzərək, digər üç kəlin yaxınlığında sahilə çıxıb. Onlar öküzün köməyinə gələrək, sona qalan aslanın caynaqlarından xilas edib. Öküzlər digər yırtıcıları sahildən uzaqlaşdırıb.

Videogörüntünün müəllifi bildirib ki, öküz ovunda iştirak edən yeganə dişi aslan islanmaqdan qorxduğu üçün suya girməyib.

Botsvanada yerləşən Çobe Milli Parkı – müxtəlif növ vəhşi heyvanların məskunlaşdığı ən iri parklardan sayılır. Ümumilikdə parkın ərazisində  400-dən çox quş növü və onlarla iri məməli növü qeydə alınıb.  Çobedə məskunlaşan fillərin sayı 50 mindən çoxdur.

Bundan əvvəl 2017-ci ildə Keniyanın Masai-Mara Milli Parkında safari iştirakçılarından biri   antilopun timsahın dişləri arasından xilas edildiyi anın görüntüsünü lentə almışdı.

www.netxeber.az

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...