Xeber Informasiya Agentliyi

Ötən il ev alanların sayı bəlli oldu

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTUvMDIvMjUvNDYzL2lwb3Rla2EuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Ötən il ev alanların sayı bəlli oldu

Ötən il “İpoteka və Kredit Zəmanət Fondu” ASC tərəfindən daha beş bank, bir sığorta şirkəti və altı qiymətləndirici şirkət Cəmiyyətin müvəkkil təşkilatları siyahısına əlavə edilib. Nəticədə ipoteka krediti verən müvəkkil bankların sayı 23-ə (“Caspian Development Bank” ASC “Atabank” ASC-yə qoşulub, “Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edilib), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb.

 “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbərə verir ki, fond aktivlərini təxminən 40% artıraraq 958,2 mln. manata, illik bölüşdürülməmiş mənfəətini isə 2,1 dəfə artıraraq 15 mln. manata çatdırıb.

Ötən il ipoteka kreditləşməsi ilə bağlı müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 müraciət daxil olub, 203,1 mln. manat məbləğində 3 109 kredit verilib. Bunun 1 076 ədədi (70,6 mln. manatı) güzəştli ipoteka kreditlərinin payına düşüb. Verilmiş kreditlərin 2 860 ədədi (184,2 mln. manatı) təkrar maliyyələşdirilib.

Ümumilikdə, 2006-2017-cı illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21 300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6 238 ədədini) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

L.Ə.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...