Xeber Informasiya Agentliyi

Petreburqda azərbaycanlını öldürüb yol kənarına atdılar

- W1siZiIsIjIwMTgvMDEvMDYvMjIvMjIvMTAvNDc4LzQuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Petreburqda azərbaycanlını öldürüb yol kənarına atdılar

Yanvarın 4-də Sankt-Peterburqun Primorski rayonunda “Monpasye” ticarət  mərkəzinin yaxınlığında naməlum şəxslər Azərbaycan vətəndaşını oğurlayıblar.

Netxeber.Az Life nəşrinə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, beş və ya altı nəfər Azərbaycan vətəndaşını döyərək yaşıl rəngli “Hyundai” markalı avtomobilin baqajına salıblar.

29 yaşlı azərbaycanlını yanvarın 5-də yol kənarında aşkarlayıblar. Xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı dekabrın ortalarında Peterburqa gəlib, və onun rəsmi iş yeri olmayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...