Xeber Informasiya Agentliyi

“Rahat” marketdən oğurluq edildi – VİDEO

- W1siZiIsIjIwMTgvMDEvMDYvMjMvMjIvMTQvNjU5LzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - “Rahat” marketdən oğurluq edildi – VİDEO

“Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.

Netxeber.Az “Report”-a istinadən xəbər verir ki, hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.

Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


www.netxeber.az

 

 

 

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...