Xeber Informasiya Agentliyi

Ramil Usubov polis bölməsinin rəisini dəyişdirdi

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTQvNTcvMDQvMTA4LzMuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Ramil Usubov polis bölməsinin rəisini dəyişdirdi

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Netxeber.Az APA-ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Ə.
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...