Xeber Informasiya Agentliyi

Ramzan Kadırovdan Facebook-dan imtina etdi

- W1siZiIsIjIwMTcvMTIvMzAvMDEvNDUvMTcvNjMzL3JhbXphbi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Ramzan Kadırovdan Facebook-dan imtina etdi

Çeçenistan prezidenti Ramzan Kadırov “Facebook”dan istifadə etməyəcəyini bildirib.

Netxeber.Az xəbər verir ki, bu barədə Ramzan Kadırov “Telegram”dakı açıqlamasında deyib.

“Bu barədə əvvəllər də bildirmişəm. Bir daha deyirəm ki, “Facebook”da mənim yerim yoxdur. Heç vaxt həmin şəbəkədən istifadə etməyəcəyəm. Adıma açılan “Facebook” səhifələri də saxtadır və mənimlə heç bir əlaqəsi yoxdur”, – deyə Ramzan Kadırov bildirib.

Ramzan Kadırov əlavə edib ki, onun adına açılan səhifə hansısa şirkətin mallarını reklam edirmiş. Bu barədə ona sonradan xəbər veriblər.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...