Xeber Informasiya Agentliyi

Röya və Aygünün məhkəməsi qapalı keçiriləcək – AÇIQLAMA

- W1siZiIsIjIwMTgvMDEvMDkvMTYvNTMvMzgvNzUwLzYxMjAxMy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ - Röya və Aygünün məhkəməsi qapalı keçiriləcək – AÇIQLAMA

Əməkdar artistlər Röya Ayxan və Aygün Bəylərin məhkəmə iclasının vaxtı təyin olunub.

Netxeber.Az xəbər verir ki, bu barədə Röya Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

O bildirib ki, ilk iclas 23 yanvar tarixində Səbail rayon Məhkəməsində gerçəkləşəcək.

Vəkilin sözlərinə görə, Röya Ayxan iddia ərizəsinə A.Bəylərin radioların birində onun haqqında səsləndirdiyi fikirləri əlavə etməyib:

“Öncə onu deyim ki, məhkəmə iclası qapalı keçiriləcək. Tərəflərin iclasda iştirakı da gözlənilir. Lakin bu, hazırlıq iclasıdır. Hakim bu işə baxılıb-baxılmayacağı barədə qərarı ilk iclasda verəcək”.

Qeyd edək ki, hər iki məşhur arasında davaya Aygün Bəylərin ARB TV-də yayımlanan “Səhər-səhər” proqramında Röya Ayxanın ünvanına işlətdiyi sərt sözlər səbəb olub.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...