Xeber Informasiya Agentliyi

"Şahdağ"da xoşagəlməz halla bağlı qərar qəbul edildi – FOTO

Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətləri ilə “Şahdağ” Turizm Mərkəzi arasında görüş keçirilib.

AZTA-dan Netxeber.Az-a verilən məlumata görə, görüşdə keçən həftə “Şahdağ” Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.

Bundan başqa, AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.

Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA-nın Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.

Qeyd edək ki, dekabrın 16-da qış mövsümünün açılışı zamanı “Şahdağ”  Turizm Mərkəzində minlərlə şəxs kanat yoluna növbədə gözləyərkən izdiham və sıxlıq yaşanıb, nəticədə xoşagəlməz insident baş verib.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...