Xeber Informasiya Agentliyi

Sahib Məmmədov: BBF kiçik sahibkarlığın inkişafına dəstək olan biznes inkubatorlardan biridir

- W1siZiIsIjIwMTcvMTIvMjYvMTgvNTMvMTEvMTYwLzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Sahib Məmmədov: BBF kiçik sahibkarlığın inkişafına dəstək olan biznes inkubatorlardan biridir

Bakı Biznes Fabriki (BBF) biznes üçün çox əlverişli imkan yaradır.

Netxeber.Az Report-a istinadən xəbər verir ki, bunu “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, biznesə başlamaq istəyən şəxslər BBF-in imkanlarından da istifadə edə bilərlər: “Bakı Biznes Fabriki biznes-inkubator kimi bütün zəruri şəraitlə təchiz olunub. Bu imkanlardan istifadə etmək yeni başlayanlar üçün faydalı ola bilər”.

Nazir müavini həmçinin qeyd edib ki, regionlarda İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış biznes inkubatorların və ABAD-ın imkanlarından istifadə etmək olar.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...