Xeber Informasiya Agentliyi

Sevda və qayınanası arasında dava: Sənə nifrət edirəm

Müğənni Sevda Sanəliyevanın “Show time” verilişində işlətdiyi “Subay bir insanla evlənmişəm, ailə dağıtmamışam” sözləri qalmaqala səbəb olub.

Netxeber.Az xəbər verir ki, onun bu sözləri həyat yoldaşının anasının etirazına səbəb olub. Qayınanası sosial media vasitəsilə gəlinini təhqir edib:

“Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O özü də deyib ki, Sevdanı aldadıb atacam. Onun səsyazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm.

O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam”.

-  - Sevda və qayınanası arasında dava: Sənə nifrət edirəm

S.Sanəliyeva isə qayınanasının bu sözlərini cavabsız qoymayıb:

“Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin, “sevgi”nin gücündəndir. Amma sənə nifrət edirəm. Bu və o biri dünyada iki əlim yaxanda olacaq. Rəhmətə gedən anamı söydüyün üçün məndən üzr istəyən insan! Sənin üzrünü qəbul etməmişdim. Sən demə, düz etmişəmmiş.

Böyüklük məndə qalsın. Əgər bir də məni təhqir etsən, hədə gəlsən, ailəm haqqında danışsan, səni məhkəməyə verəcəm. Sabah ilk işim təhlükəsizliyimizi qorumaq üçün bəzi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin başına nəsə gəlsə, verdiyin müsahibələrdə hədə-qorxu dolu sözlərini sübut olaraq təqdim edəcəm”.

-  - Sevda və qayınanası arasında dava: Sənə nifrət edirəm

Sanəliyeva ona rəy yazan izləyicilərinə şərh bölməsində cavab verməyi unutmayıb:

“Yoldaşımın özü məni məcbur edir ki, daha bəsdir, bu təhqirlərə susma, üzünə baxmağa utanıram. Ağızlarının payını verim ki, görsün kimi söyür. Oğlu anasının sizin bilmədiyiniz küçə söyüşlərinə şahid olur, şoka düşür. Nə nəslimiz, nə də gorumuz qaldı. Oğlu ancaq üzrxahlıq edir”. 

Qeyd edək ki, S.Sanəliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında sənətçi 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. O, ikinci dəfə Cəmil adlı bəylə ailə həyatı qurub və qız övladı dünyaya gəlib.

Pərviz Hüseyn
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...