Xeber Informasiya Agentliyi

Şimali Koreyalı hokkeyçilər hamını təəcübləndirdi

- W1siZiIsIjIwMTgvMDIvMDkvMDkvNDcvNDIvYzhiMDUzNGQtMDgxOS00YzZkLWJiOGUtZmJlMzI4NjdiM2E3L2tvcmUuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Şimali Koreyalı hokkeyçilər hamını təəcübləndirdi

Şimali Koreyadan olan idmançılar Pxyonçxanda keçirilən Olimpiya Oyunlarına köhnəlmiş inventarla – daha dəqiq desək, taxtadan hazırlanmış hokkey ağacı ilə gəlib.

Bu növ idman alətindən beynəlxalq idman yarışlarında 90-cı illərdən bəri istifadə olunmur.

Netxeber.Az NTV-yə istinadən xəbər verir ki, təşkilatçılar KXDR hokkey komandasını müasir fibr-karbondan hazırlanmış hokkey ağacları ilə təchiz etməyə qərar verib.

Şimali Koreyalı idmançılarla bağlı daha bir çətinlik ortaya çıxıb:  Olimpiya Oyunlarının rəsmi sponsoru, ABŞ-ın “Nike” şirkəti KXDR-ə qarşı sanksiyalara görə onlara forma verə bilmir . Elə Şimali Koreyalı idmançılarda ABŞ istehsalı olan istənilən məhsullardan imtina edir.   

Nəticədə tərəflər belə bir ortaq məxrəcə gəlib ki, Şimali Koreyalı idmançıların idman ləvazimatı və forması ilə  təchizatını Finlandiyanın “Lahta” şirkəti həyata keçirəcək. 

Koreyalı idmançılar oyunlar ərzində həmin şirkətin hokkey ağacından istifadə edəcək, yarışlar yekunlaşdıqdan sonra isə Şimali Koreyaya gətirilməsi qadağan olunan bu idman ləvazimatlarını geri qaytarmalı olacaq.

Ən maraqlısı odur ki, idmançılar “Samsung” şirkətinin onlara hədiyyə etdiyi “Galaxy Note 8”i də vətənlərinə apara bilməyəcəklər.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...