Xeber Informasiya Agentliyi

Sökülən kinoteatrla bağlı nazirlikdən – AÇIQLAMA

Mədəniyyət və Turizm Nazirliyi “Bakı” kinoteatrının sökülməsinə münasibət bildirib.

Bu barədə Netxeber.Az-ın suallarını nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov cavablandırıb.

O bildirib ki, kinoteatr artıq nazirliyin tabeliyində deyil:

“Kinoteatr uzun müddətdir özəlləşdirilərək Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxıb”.

Qeyd edək ki, hazırda “Bakı” kinoteatrında söküntü işləri gedir. Onun yerində univermaq tikiləcək.

-  - Sökülən kinoteatrla bağlı nazirlikdən – AÇIQLAMA

Pərviz Hüseyn
www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...